CROSSMEDIA - Aİ Rusiyanın enerji resurslarından imtina edəcək
Xarici xəbərlər

Aİ Rusiyanın enerji resurslarından imtina edəcək

  • Fevralda Avropa İttifaqına (Aİ) Rusiyanın enerji resurslarından tam imtinanı nəzərdə tutan plan təqdim olunacaq.

  • Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı bildirib.

  • Onun sözlərinə görə, Aİ-də enerji qiymətlərinin Çin və ABŞ-dəki qiymətlərlə müqayisədə yüksək olmasına baxmayaraq, Rusiyanın enerji resurslarından tam imtina etmək lazımdır.

  • "Avropada enerji daşıyıcılarının qiymətləri ABŞ və ya Çindəki qiymətlərdən yüksəkdir. Buna görə də biz Rusiya yanacağından imtina prosesini yekunlaşdırana qədər onları aşağı salmalıyıq. Hər iki məqsəd vacibdir - onlara nail olmaq lazımdır. Bütün bunlar fevralda təqdim edəcəyimiz yeni enerji planının bir hissəsi olacaq", - sədr qeyd edib.

15:29 22.01.2025

Oxunuş sayı: 582

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR