CROSSMEDIA - ABŞ-nin ÜST-dən çıxma qərarı Avropanı narahat edir
Xarici xəbərlər

ABŞ-nin ÜST-dən çıxma qərarı Avropanı narahat edir

Avropa İttifaqı, ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma qərarını narahatlıqla qarşılayıb. 

Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Eva Hrncirova, Belçikanın paytaxtı Brüsseldə keçirilən gündəlik mətbuat brifinqində, ABŞ Prezidenti Donald Tramp-ın ÜST-dən çıxmaq qərarını şərh edərək, qlobal səhiyyə təhdidləri ilə mübarizədə beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb: “Biz, ABŞ-nin ÜST-dən çıxacağı barədə verilən açıqlamadan narahatıq”, - deyə Hrncirova qeyd edib.

Hrncirova, Aİ-nin ABŞ administrasiyasının bu qərarı yenidən gözdən keçirməsini ümid etdiyini bildirərək, Tramp-ın ÜST-ə aid “maliyyə töhfələrindəki ədalətsizliklər” ilə bağlı iradlarını da qeyd edib. O, ÜST-ün bu iradları nəzərə alaraq, həm “proqnozlaşdırıla bilən, həm də çevik” maliyyə modelinə yönəlməsini vacib sayıb.

Hrncirova, həmçinin Aİ-nin ÜST-ün mümkün reformasında iştirak etməyə hazır olduğunu vurğulayaraq, “Birgə problemlərə birgə həll tapmalıyıq. Əgər reforma istəyiriksə, onun bir hissəsi olmalıyıq”, - deyib.

Bazar ertəsi vəzifəyə başlayan Tramp, ABŞ-nin ÜST-dən çıxmasını rəsmi olaraq təsdiqləyən icra sərəncamını imzalayıb. Sərəncamda, ÜST-ün “Çinin Vuhanda yaranan COVID-19 pandemiyasını və digər qlobal səhiyyə böhranlarını düzgün idarə etməməsi”, təcili islahatların həyata keçirilməməsi və “üzv dövlətlərin siyasi təsirindən asılılıq” kimi səbəblər göstərilib. Sərəncamda həmçinin, ÜST-ün ABŞ-dan “ədalətsiz şəkildə həddindən artıq maliyyə töhfələri tələb etməsi” də qeyd edilib.


Fidan Hacızadə

15:28 22.01.2025

Oxunuş sayı: 559

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR