CROSSMEDIA - Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib
Xarici xəbərlər

Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib

  • Yanvarın 20-də Qahirədə Şin Bet rəhbəri Ronen Bar, MOSSAD rəhbəri David Barnea və Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad arasında keçirilən görüşdə Fələstin administrasiyasının BMT-nin nəzarəti altında Rəfah keçid məntəqəsini idarə etməsi barədə razılığa gəlinib.

  • Crossmedia.az xəbər verir ki, bu barədə “Əşərq əl-Əvsət” nəşri mənbəyə istinadla məlumat yayıb.

  • Mənbənin sözlərinə görə, sərhəd-keçid məntəqəsinin açılış tarixi hələ müəyyən edilməyib.

  • Eyni zamanda bildirilib ki, Qəzza və Misir arasındakı Filadelfiya dəhlizi ilə bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.

  • “İsrail qoşunlarının dəhlizdən qismən çıxarılmasını təklif edib, lakin Misir bu ideyanı qəbul etməyib və qoşunların tamamilə çıxarılmasında və müharibədən əvvəl mövcud olan vəziyyətə qayıtmaqda israrlıdır”.

15:28 22.01.2025

Oxunuş sayı: 589

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR