ABŞ-a Panama kanalı ilə bağlı xəbərdarlıq edildi
- Panama kanalı Panamaya məxsusdur və ABŞ tərəfindən hədiyyə edilməyib.
- Crossmedia.az xəbər verir ki, bu açıqlama Panama Prezidenti Xose Raul Mulino tərəfindən Davosda keçirilən Dünya İqtisadi Forumunda edilib.
- “Panama Kanalı Panamaya məxsusdur. Bu, bir hədiyyə deyil,” – deyə Panama lideri bildirib.
- Bundan əvvəl Panama, BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına ABŞ Prezidenti Donald Trampın Panama Kanalını ABŞ-a birləşdirmək təhdidlərindən şikayət edən bir məktub göndərmişdi.
- Nərgiz Camalzadə
15:21 22.01.2025
Oxunuş sayı: 701