Türkiyədə zəlzələ olub
- Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ bir çox vilayətdə hiss edilib və hər hansı bir mənfi halın olmadığı bildirilib.
- Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, AFAD-ın məlumatına görə, Egey dənizində 5,2 bal gücündə təkan qeydə alınıb.
- Zəlzələnin episentrinin Çanaqqalanın Ayvacık rayonundan 6,62 kilometr uzaqlıqda olduğu və 8,65 kilometr dərinlikdə baş verdiyi bildirilib.
- Qeyd edək ki, AFAD sahə yoxlamalarının davam etdiyini və zəlzələdən sonra hər hansı bir mənfi halın qeydə alınmadığını açıqlayıb.
- Fatimə Məmmədova
09:36 22.01.2025
Oxunuş sayı: 924