CROSSMEDIA - İsrail müxalifəti Netanyahunun istefasını tələb edir
Xarici xəbərlər

İsrail müxalifəti Netanyahunun istefasını tələb edir

İsraildə müxalifət, Baş Qərargah rəisi Herzi Halevinin və Qəzzadan məsul Cənub Cəbhəsi komandanı Yaron Finkelmanın istefa qərarlarını açıqlamasından sonra Baş nazir Binyamin Netanyahunun və hökumətin də istefa verməsini tələb edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətdəki "Gələcək Var" Partiyasının lideri Yair Lapid, Baş Qərargah rəisi Halevini təqdir etdiyini və Netanyahu hökumətinin məsuliyyət daşıyaraq istefa etməli olduğunu bildirib.

Digər müxalif liderlər, o cümlədən "Evimiz İsrail" Partiyasının lideri Aviqdor Liberman və "Demokratlar" Partiyasının lideri Yair Golan da Netanyahu və kabinet üzvlərinin istefasını tələb ediblər.

Halevi, ordunun uğursuzluğunun məsuliyyətini hər gün hiss etdiyini vurğulayaraq, 2025-ci il 6 martdan etibarən vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, İsrailin siyasətçiləri, o cümlədən Maliyyə naziri Bezalel Smotrich və keçmiş milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Halevinin istefa qərarını müsbət qarşılayıblar və bunun yeni hərbi strategiyanın başlanğıcı olacağını bildiriblər.

Fatimə Məmmədova 

21:23 21.01.2025

Oxunuş sayı: 1932

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR