CROSSMEDIA - ABŞ rəsmisi: "Rusiya və Ukrayna arasında münaqişəyə dərhal son qoyulmalıdır"
Xarici xəbərlər

ABŞ rəsmisi: "Rusiya və Ukrayna arasında münaqişəyə dərhal son qoyulmalıdır"

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və Ukrayna arasında münaqişəyə dərhal son qoymaq lazımdır.

Crossmedia.az bu barədə ABC News-a istinadən məlumat verir.

“Bu, Vladimir Putinin başladığı mürəkkəb və faciəli münaqişədir. Münaqişə Ukraynaya və mənim fikrimcə Rusiyaya böyük ziyan vurub, həmçinin Avropanın sabitliyini pozub. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə və ciddi yanaşmaya qayıtmaqdır ki, bu da diplomatiya sahəsində çox çalışmaq deməkdir. ABŞ-ın burada rolu var. Biz Ukraynanı dəstəklədik, lakin bu münaqişəyə son qoyulmalıdır”, - deyə o əlavə edib. 

20:30 21.01.2025

Oxunuş sayı: 1409

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR