İsraildən Cenin şəhərinə hücum: ölənlər və yaralananlar var
İsrail qüvvələri Cenin şəhərinə hücum edib.
Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, hücum nəticəsində 7 fələstinli ölüb, 35 nəfər isə yaralanıb.
Qəzza zolağında atəşkəs davam edərkən, İsrail ordusu yenidən (Batı Şeria’ya) “Dəmir Divar Əməliyyatı” adıyla hücum edib. Cenin şəhərindəki hücuma çox sayda hərbçi, xüsusi qüvvələr və kəşfiyyat əməkdaşlarının qatıldığı qeyd olunub.
İsrailin Baş naziri Benyamin Netanyahu sosial media hesabından etdiyi paylaşımda: “İsrail Müdafiə Qüvvələri, İsrail Daxili Kəşfiyyat Xidməti Şin Bet və İsrail polisi, bu gün Cenin şəhərində terrorizmi aradan qaldırmaq üçün geniş və mühüm hərbi əməliyyata başladılar. Bu, Yəhudiya və Samariyada (Batı Şeria’da) təyin etdiyimiz hədəfə çatmaq üçün bir addımdır. İranın təsir dairəsini genişləndirdiyi hər yerdə (Qəzzada, Livanda, Suriyada, Yəməndə, Yəhudiya və Samariyada) sistematik və qəti şəkildə hərəkət edirik” ifadələrini işlədib.
Nərgiz Camalzadə
18:45 21.01.2025
Oxunuş sayı: 1220