Donald Trampdan İrana qarşı sərt reaksiya

"İran hökuməti ilə əməkdaşlıq edən hər hansı şəxs və ya qurumun ABŞ-la iş görmək hüququ yoxdur”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Vaşinqtonun “Capital One” Arenadakı son çıxışında Co Baydenin İrana münasibətini bir daha tənqid edib.
Həmçinin Tramp prezidentliyi dövründə İranın ağır iqtisadi böhran içində olduğunu və HƏMAS və Hizbullahı maliyyələşdirə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə İrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirib və görünür, bu siyasəti davam etdirəcək.
18:34 21.01.2025
Oxunuş sayı: 2776