Türkiyə Qəzzaya humanitar yardım göndərir
İsrailin hücumlarından zərər çəkən Qəzza sakinlərinin yaralarını sarmaq üçün humanitar yardımını davam etdirən Türk Kızılayı, 61 illik BƏƏS rejiminin devrildiyi Suriyada da bərpa prosesində olan insanlara dəstəyini əsirgəmir.
Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, təşkilat Suriyanın müxtəlif bölgələrində 386.816 ehtiyac sahibinə 15 mindən çox ərzaq bağlaması, 584 min qida məhsulu və 10 min 600 ton un çatdırıb.
Qeyd edək ki, Türk Kızılayının başqanı Fatma Meriç Yılmaz bildirib ki, Qəzzanın şimalında 10 min, cənubunda isə 15 min nəfərlik olmaqla iki aşxanada gündəlik 25 min nəfərlik isti yemək hazırlanır.
Fatimə Məmmədova
18:04 21.01.2025
Oxunuş sayı: 1051