Kanada ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək
Kanada ABŞ-a sanksiya tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, 105 milyard dollarlıq rüsum siyahısı hazırlanıb.
Kanadanın enerji naziri Conatan Uilkinson bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın rüsumlar tətbiq etməsi birbaşa ABŞ-nin öz iqtisadiyyatına zərər vuracaq.
Qeyd edək ki, bu, benzin, qida məhsulları və yaşayış binalarının istilik təchizatı üçün təbii qazın qiymətlərinin artması deməkdir. Belə ki, elektrik enerjisinin qiymətinin yüksəlməsi də gözlənilir.
Fatimə Məmmədova
16:05 21.01.2025
Oxunuş sayı: 667