CROSSMEDIA - KİV: Ukrayna-Rusiya müharibəsində balans tapmaq asan olmayacaq
Xarici xəbərlər

KİV: Ukrayna-Rusiya müharibəsində balans tapmaq asan olmayacaq

Amerika Prezidenti Donald Tramp ikinci prezidentliyi dövründə Ukrayna müharibəsini bitirmək üçün "qalibiyyət" kimi təqdim edilə biləcək bir razılaşma əldə etməyə çalışacaq.

Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sky nyus" nəşri yazıb.

Bildirilib ki, bu razılaşma nə Rusiya Prezidenti Volodimir Putin üçün  qələbə sayıla bilər, nə də Ukrayna Prezidenti Volodimir Zelenski üçün qəbuledilməz olmalıdır: "Üç ildir davam edən müharibə, yüz minlərlə itki və milyonlarla qaçqını nəzərə alsaq, belə bir balans tapmaq asan olmayacaq. Bu, uzunmüddətli, diqqətli diplomatiya tələb edəcək. Trampın ilk prezidentliyi dövründə bu yanaşma müşahidə edilməsə də, onun qeyri-ənənəvi üslubu yeni imkanlar yarada bilər. O,  əvvəlcə müharibəni "bir günə" bitirəcəyini iddia etsə də, artıq bu vədlərini yumşaldaraq, müharibəni ilk 100 gündə həll etmək istədiyini bildirir".


Nabat Fərzəliyeva

15:46 21.01.2025

Oxunuş sayı: 648

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR