CROSSMEDIA - Prezident hakimlərdən xahiş etdi: “Müsbət qiymətləndirin”
Xarici xəbərlər

Prezident hakimlərdən xahiş etdi: “Müsbət qiymətləndirin”

Cənubi Koreya Prezidenti Yun Sok Yol impiçment işi üzrə ilk dəfə məhkəmə qarşısına çıxıb. O,  Konstitusiya Məhkəməsində keçirilən impiçment işi üzrə məhkəmə prosesində liberal demokratiyaya inandığını bildirib və ona qarşı irəli sürülən “üsyan” və “vəzifədən sui-istifadə” ittihamlarını rədd edib.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Yun çıxışında  hakimlərə müraciət edib: “Konstitusiya Məhkəməsinin vəzifəsi Konstitusiyanı qorumaqdır. Bu səbəbdən hakimlərdən məni müxtəlif aspektlərdən müsbət qiymətləndirmələrini xahiş edirəm.”

Qeyd edək ki, impiçment prosesi Prezident Yunun səlahiyyətlərindən sui-istifadə etdiyini və dövlət idarəçiliyində qanun pozuntularına yol verdiyini iddia edən müxalifətin tələbi ilə başlanıb. 

Fidan Hacızadə

15:03 21.01.2025

Oxunuş sayı: 707

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR