CROSSMEDIA - Oman İranın nüvə müzakirələrinə ev sahibliyi edəcək
Xarici xəbərlər

Oman İranın nüvə müzakirələrinə ev sahibliyi edəcək

Oman İranın nüvə müzakirələrinə ev sahibliyi etməyə hazırdır.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Oman öz ərazisini İranın nüvə proqramı ilə bağlı danışıqlar üçün əlçatan etməyə hazır olduğunu bildirib. 

Bu barədə Omanın Misirdəki səfiri Əl-Rəhbi Rusiya mediasına müsahibəsində bildirib.

"Əgər Oman görsə ki, İran və onun qərbli həmkarları arasında dialoqun perspektivi var, biz sözsüz ki, yenidən vasitəçi rolunu oynamağa hazırıq", - deyə diplomat qeyd edib.  

Onun sözlərinə görə, Tehran İran rəsmilərinin bəyanatlarına əsaslanaraq, dünyanın super gücləri ilə danışıqları bərpa etmək istəyini nümayiş etdirir.

Əl-Rəhbi vurğulayıb ki, Oman Yaxın Şərqi nüvə enerjisinin yalnız dinc məqsədlər üçün istifadə edildiyi “nüvə silahından azad zonaya” çevirməyə çalışır. Səfir həmçinin xatırladıb ki, Oman artıq İranın nüvə proqramı üzrə danışıqlarda mühüm rol oynayıb. Xüsusilə, sultanlıq 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında Müştərək Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bağlanmasına şərait yaradıb.

Bundan əvvəl, 2024-cü ilin may ayından oktyabr ayına qədər Oman İran və ABŞ arasında Amerika sanksiyalarının ləğvi və Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqlarda vasitəçi kimi çıxış edib. Lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən danışıqlar oktyabrda dayandırılıb.


13:02 21.01.2025

Oxunuş sayı: 488

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR