Əfqanıstan və ABŞ arasında məhbus mübadiləsi baş tutub
Əfqanıstan rəhbərliyi, ölkədə həbsdə olan ABŞ vətəndaşlarının əvəzinə 1 Əfqanıstan vətəndaşının azad edildiyini açıqlayıb.
Crossmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, Əfqanıstan müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada, məhbus mübadiləsi ilə bağlı iki ölkə arasında aparılan danışıqların “uzun və faydalı” olduğu bildirilib.
Məlumata görə, Əfqanıstanda həbsdə olan ABŞ vətəndaşlarının əvəzinə ABŞ-da həbsdə olan Han Məhəmməd adlı Əfqanıstan vətəndaşı vətənə qaytarılıb.
Həmçinin qeyd olunub ki, ABŞ məhkəmələri tərəfindən ömürlük həbs cəzasına məhkum edilən Han Məhəmməd, cəzasını Kaliforniya ştatında çəkirdi və artıq Əfqanıstana geri dönüb.
Fidan Hacızadə
12:39 21.01.2025
Oxunuş sayı: 561