CROSSMEDIA - Bu gün planetlərin "paradı" olacaq
Xarici xəbərlər

Bu gün planetlərin "paradı" olacaq

  • Yanvarın 21-də altı planet Günəşin eyni tərəfində olacaq. Sərti paradın bəzi iştirakçıları axşam səmasında adi gözlə görünəcəklər.

  • Crossmedia.az xəbər verir ki, bu barədə astronom Moskva Planetariumunun metodoloji təminat şöbəsinin rəhbəri Lyudmila Koşman deyib.

  • Planetlər səmanın kifayət qədər böyük sektorunda (130 dərəcə) yerləşəcək.

  • "Bu hadisəni yalnız şərti olaraq planetlərin kiçik paradı adlandırmaq olar, çünki səmanın kifayət qədər dar sektorunda (20-30 dərəcə) altı planetdən yalnız üçü olacaq: Saturn, Venera və Neptun", - deyə L.Koşman bildirib.

09:18 21.01.2025

Oxunuş sayı: 892

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR