Avropa Trampın hakimiyyət dövrünə hazırlaşır
Avropa ölkələri ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçıların lideri Donald Trampın NATO-dan dəstəyini çəkmək təhdidləri qarşısında müdafiə xərclərini artırmaq və alyansdakı mövqelərini möhkəmləndirmək üçün yeni strategiyalar hazırlamağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb.
Bildirilib ki, məqalədə Avropanın Tramp administrasiyasının gözləntilərinə cavab vermək üçün atdığı addımlardan bəhs olunur.
Məqalədə qeyd edilir ki, Trampın Avropadan müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq tələbi, qitənin mövcud və gələcək təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yetərsiz olaraq qiymətləndirilir.
Nabat Fərzəliyeva
08:42 20.01.2025
Oxunuş sayı: 1396