İsrail KİV: Tramp Netanyahunu atəşkəsə məcbur edib
ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu dəfələrlə rədd etdiyi "Qəzzada atəşkəs razılaşmasını" qəbul etməyə məcbur edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" agentliyi yazıb.
Xatırladaq ki, yanvarın 16-da İsraillə HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların mübadiləsinə dair saziş imzalanıb, razılaşma yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minib.
08:49 20.01.2025
Oxunuş sayı: 1171