Xəbərlər

Bayden prezidentliyə vida edir

ABŞ-nin prezidenti Cozef Bayden, son illərin ən aşağı ictimai dəstək reytinqi ilə prezidentlik postuna vida edir.

Crossmedia.az TRT Haber-ə istinadla bildirir ki, Bayden, ölkəsinin son dövrlərdə ən aşağı ictimai dəstək faizinə sahib olan prezident kimi vəzifəsini tərk etməyə hazırlaşır. Yanvarın 15-17-də  keçirilən sorğuda iştirakçılardan Baydenin idarəçiliyini qiymətləndirmələri istənilib. Sorğunun nəticələri amerikalıların böyük bir hissəsinin Baydenin prezidentlik fəaliyyətindən narazı olduğunu göstərib. Belə ki, iştirakçıların 60%-i dörd il əvvəl Bayden ilk dəfə vəzifəyə gəldiyi zaman onun prezidentlik fəaliyyətindən və idarəçiliyindən məmnun olduğunu bildirib. Lakin dörd illik prezidentlik müddəti ərzində ictimai dəstəyi davamlı olaraq itirən Baydenin dəstək faizi vəzifə müddətinin sonlarına yaxın əhəmiyyətli dərəcədə azalıb.

Məlumata görə, iştirakçıların  37%-i vəzifəsini təhvil verməyə hazırlaşan Baydenin prezidentlik dövründəki fəaliyyətini bəyəndiyini qeyd edib. Həmçinin, iştirakçıların 63%-i Baydenin prezidentlik fəaliyyətindən "narazı olduğunu" ifadə edib.
Baydenin dəstək faizi ABŞ-nin seçilmiş prezidenti Donald Trampın 2021-ci ildə vəzifədən ayrılarkən sahib olduğu dəstək faizindən belə daha aşağı səviyyəyə enib.

Qeyd edək ki, Baydenin ictimai dəstək faizindəki bu azalmanın əsas səbəbləri iqtisadi problemlər, inflyasiya, xarici siyasət və daxili siyasi məsələlər kimi göstərilib.

Fatimə Məmmədova

06:56 20.01.2025

Oxunuş sayı: 1730

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR