Xəbərlər

Çin Rusiyadan neft idxalını artırıb

Çin ötən il Rusiyadan neft idxalını 2023-cü illə müqayisədə 1,3% artıraraq 108,47 milyon tona çatdırıb.

Crossmedia.az bu barədə Çinin Baş Gömrük İdarəsinin statistikasına əsasən xəbər verir. 

Statistikaya görə, 2024-cü ildə Rusiyadan neft idxalı əvvəlki illə müqayisədə 2,8% artaraq 62,42 milyard dollar təşkil edib. Rusiya Çinə neft göndərən onlarla ölkə arasında birinci olaraq qalır.

Bu arada Rusiyanın Çinə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,3% artaraq 8,3 milyon tona və ya 4,99 milyard dollara (3,5% artım) çatıb. Rusiya hazırda Çinə LNG ixracatında üçüncü yerdədir.

05:02 20.01.2025

Oxunuş sayı: 1663

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR