10 kilometrlik terror tuneli: Dəmir qapıların ardında yataqlı otaqlar
Suriya Milli Ordusu (SMO) Suriyada fəaliyyət göstərən PKK/YPG terror təşkilatından azad etdiyi Tel Rıfat bölgəsindəki 10 kilometrlik tunel şəbəkəsini araşdırır. Bir metr enində olan bu tunellərdə dəmir qapıların arxasında yataq otaqları aşkar edilib.
Crossmedia.az NTV-yə istinadən xəbər verir ki, SMO-nun "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində dekabrın 1-də terrorçuların nəzarətindən azad edilən Tel Rıfatdakı tunel şəbəkəsinin görüntüləri yayımlanıb. Araşdırmalar zamanı binaların altından qazılmış tunellərdə barellər, elektrik kabelləri və müxtəlif istiqamətlərə ayrılan dəhlizlərdə dəmir qapılarla bağlanmış yataqlı otaqlar aşkarlanıb. Tunellərdə PKK/YPG terrorçularının fotolarına da rast gəlinib. Tunellərin təxminən 1 metr enində və 2 metr hündürlükdə olduğu müəyyən edilib.
Hazırda YPG/PKK işğal etdiyi bölgələrdə, xüsusilə sərhəd xəttinə yaxın ərazilərdə gizlənmək, sızma və ani hücum məqsədilə tunellər qazmağa davam edir. Bu tunellər həm bir bölgədən digərinə material daşımaq, həm də terrorçuların gizlənməsi üçün istifadə olunur.
Qeyd etmək lazımdır ki, terrorçular mülki şəxsləri qalxan kimi istifadə edərək, evlər, məktəblər, xəstəxanalar və ibadət yerlərinə çıxan tunellər qazır. Bu tunellər, bölgədəki dinc əhalinin həyatına da ciddi təhdid yaradır.
Fatimə Məmmədova
15:26 19.01.2025
Oxunuş sayı: 3410