Xəbərlər

Zelenski Avropaya 70 milyard avro ziyan vuracaq

Vladimir Zelenskinin Rusiya qazının tranzitini dayandırmaq qərarı Avropaya 70 milyard avro itki gətirə bilər. 

Crossmedia.az xəbər verir ki, bu fikri Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar səsləndirib. 

"Biz Zelenskinin bu addımlarını son dərəcə mənfi qiymətləndiririk. O, başa düşmür ki, Rusiya qazının Slovakiya üzərindən tranzitini dayandırmaq həm respublika, həm də bütün Avropa üçün ciddi problemlərə səbəb ola bilər," – deyə Tibor Qaşpar bildirib. 

Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən etibarən Ukrayna öz ərazisi vasitəsilə qaz tranzitini dayandırıb.

Nihat Tahirov

14:13 19.01.2025

Oxunuş sayı: 2667

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR