Xəbərlər

Rusiya ABŞ ilə münasibətlərin normallaşmasını mümkün saymır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və Rusiya arasındakı münasibətlərin tezliklə normallaşacağına şübhə ilə yanaşıb. O,  ABŞ və Rusiya arasında tam normallaşmanın mümkün olmayacağını düşünür.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Dmitri Medvedev ABŞ və Rusiya arasındakı münasibətlərin tam normallaşmasının hazırda mümkün olmadığını bildirib.

O,  qeyd edib ki, Cozef  Bayden administrasiyası Rusiya ilə əlaqələr sahəsində öz varislərinə ağır irs buraxıb. Onun sözlərinə görə, əvvəllər qəbul edilmiş qərarların nəticələri uzun müddət hiss olunacaq və Rusiya ilə ABŞ tərəfi üçün qarşılıqlı əlaqə qurmaq çox çətin olacaq. 

Medvedev mövcud şəraitdə münasibətlərin yaxşılaşdırılmasının ümumiyyətlə mümkün olmadığını bildirib: "Bunun nə qədər vacib olduğu da böyük bir sualdır".

Təhlükəsizlik Şurası sədrinin müavini ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsini tez bir zamanda həll edə biləcəyinə şübhə ilə yanaşıb. Belə ki, ABŞ prezidentinin yüksək səslə verilən bəyanatları ölkənin iqtisadi "rəvan həyatı" və miqrantlarla mübarizədəki çətinliklərlə bağlıdır.

Qeyd edək ki,  Trampın yeni prezidentlik dövrünə yanaşması yeni siyasi coğrafiya yaratmaq arzusunu nümayiş etdirir.

Fatimə Məmmədova

09:12 19.01.2025

Oxunuş sayı: 2299

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR