Fransa və Hollandiyada yeraltı anbarlardakı qaz ehtiyatları 50%-dən aşağı düşüb.
Crossmedia.az xəbər verir ki, bu, Avropanın Qaz İnfrastrukturunun (GIE) məlumatlarında bildirilir.
Yanvarın 15-nə Fransanın yeraltı qaz anbarları təxminən 6,4 milyard kub.m olmaqla 49,24% dolu olub. Hollandiyada ehtiyat 47,58%-ə, Xorvatiyada 47,74%-ə düşüb. Bunlar bütün Aİ ölkələri arasında ən aşağı rəqəmlərdir. Həmçinin Latviyada (59,92%), Çexiyada (59,34%), Rumıniyada (56,38%), Belçikada (55,81%) və Danimarkada (53,87%) ehtiyatlar 60%-dən aşağı düşüb.