Xəbərlər

Meteorologiyadan xəbərdarlıq: Fırtına gözlənilir

Sabahdan etibarən Türkiyənin Şərqi Qaradəniz bölgəsi fırtınanın təsiri altına düşəcək. Saatda 90 km-ə çatan küləklər və böyük dalğalar gözlənilir.

Crossmedia.az TGRT Haber-ə istinadən xəbər verir ki, Meteorologiya Baş İdarəsi Şərqi Qaradəniz bölgəsində sabah səhər saatlarından etibarən təsirli olması gözlənilən fırtına ilə bağlı xəbərdarlıq edib. Belə ki,  Şərqi Qaradənizin qərbində başlayacaq fırtına zamanla bütün bölgədə təsirini göstərəcək.

Məlumata görə, meteorologiya nəqliyyatda baş verə biləcək problemlərə qarşı vətəndaşları diqqətli və tədbirli olmağa çağırıb. Xəbərdarlıq edilən şəhərlər Giresun, Trabzon, Rize, Artvin olub.

Qeyd edək ki, Artvin və Rize üçün qar və ara-sıra yağış keçişləri, Giresun və Boyabat üçün isə qar yağışı ilə bağlı xəbərdarlıq edilib.

Fatimə Məmmədova 

16:36 18.01.2025

Oxunuş sayı: 2050

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR