Xəbərlər

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

İspaniyanın Pireney adalarında yerləşən Astun dağ-xizək kurortunda lift çöküb.

Crossmedia.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 30 nəfərin yaralandığı, 17 nəfərin isə ağır olduğu bildirilib.

İspaniyanın Baş naziri Pedro Sançesin sözlərinə görə, liftin aşmasına trosun qırılması səbəb olub, trosun nasazlığının səbəbi hazırda məlum deyil.

İspaniyanın ictimai yayımçılarından biri xəbər verir ki, onlarla insan 15 metr hündürlüyündəki liftdən asılı vəziyyətdə xilas olmağı gözləyib.

Təcili yardım maşınları və helikopterlər yaralıları yaxınlıqdakı xəstəxanalara aparıb.

Qeyd edək ki, Astun stansiyası müvəqqəti olaraq bağlanıb. Araqonun rəhbəri Xorxe Askon və maliyyə müşaviri Roberto Bermudez de Kastro faciəsinin miqyasını qiymətləndirmək üçün hadisə yerinə gediblər.

Həlak olanların yaxınları üçün qaynar xətt yaradılıb. İstintaq qəzanın səbəblərini müəyyənləşdirir, lakin əsas versiya liftin trosunun qırılmasıdır.

Aybəniz Səfərova

15:58 18.01.2025

Oxunuş sayı: 1834

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR