Xəbərlər

NATO hərbi gəmiləri Rusiyaya bir az da yaxınlaşdı

NATO hərbi gəmiləri, ittifaqın regionda baş verənlərlə bağlı məlumatlılığını artırmaq məqsədilə gəmilərini Baltik dənizinə göndərib. Gəmilər açıq Baltikyanı keşikçi missiyasının bir hissəsi olaraq Baltik dənizində patrul gəzintisinə başlayıb. 

Crossmedia.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Baltikyanı regiondakı NATO ölkələrinin birgə bəyanatında deyilir ki, ittifaqın hərbi gəmiləri təhlükəsizliyin təmin edilməsi, o cümlədən sualtı kommunikasiyaların mühafizəsi üçün artıq dənizdə patrul xidməti həyata keçirib. Ancaq bölgədə yerləşdiriləcək gəmi və hava qüvvələrinin dəqiq sayı göstərilmir.

Məlumata görə, iki döyüş gəmisi Tallinn Mina Limanında lövbər salıb. Eskadraya Hollandiya Kral Donanmasının Tromp döyüş gəmisi rəhbərlik edir.

“Biz burada təhlükəsizliyi təmin edərək, vəziyyəti izləyirik, sadəcə bu gəmidən yox digərlərindən də ətrafa baxırıq. Peyklərdən istifadə edərək həm havadan, həm də kosmosdan müşahidələr aparırıq. Qəribə bir şey olarsa, reaksiya verməyə hazır olacağıq” - Hollandiya Hərbi Dəniz Qüvvələrinin komandiri Aryen Varnaar jurnalistlərə bildirib.

Tərlan Əmrahova

14:59 18.01.2025

Oxunuş sayı: 1912

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR