İran Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərini açıqlayıb
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının Kommunikasiya Mərkəzi məlumat yayıb.
"Mərhum prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğramasına yalnız mürəkkəb hava şəraiti və regionun coğrafi şəraiti səbəb olub. "Heç bir sübut texniki nasazlıq, təxribat, sui-qəsd, partlayış və ya elektron müdaxilə ilə bağlı müxtəlif nəzəriyyələri dəstəkləmir", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, İslam Şurasının (parlament) bəzi üzvləri və digər şəxslər İran mediasında və sosial şəbəkələrdə Rəisinin helikopterinin qəzaya uğramasını təxribat adlandırıblar.
Xatırladaq ki, ötən il mayın 19-da İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan əyalətinin Vərzqan rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirmişdi. Helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti, Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
11:29 18.01.2025
Oxunuş sayı: 1999