ABŞ Qrenlandiyaya hücum edir? - Sabiq nazirdən AÇIQLAMA
"ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi məntiqsiz olardı, çünki Vaşinqton onsuz da adaya qeyri-məhdud çıxış imkanına malikdir".
Crossmedia.az bildirir ki, bunu “RİA Novosti”yə açıqlamasında Qrenlandiya parlamentinin ən böyük müxalifət partiyası “Naleraq”ın sədri və adanın sabiq xarici işlər naziri Pele Broberq bildirib.
“Burada nəyə hücum edə bilərlər? Danimarkanın hərbi-dəniz donanmasına? Bununla iki saniyəyə iş bitər”, – deyə Broberq vurğulayıb. Onun sözlərinə görə, amerikalılar Qrenlandiyaya qeyri-məhdud çıxış imkanına sahibdirlər. Buna görə də hərbi gücdən istifadə ssenarisi məntiqsiz görünür.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyanı Danimarkadan almaqla ada üzərində nəzarət əldə etmək planlarından bəhs etmişdi. Tramp bu qərarı ABŞ-ın “azad dünyanı” qoruması üçün Qrenlandiyaya ehtiyacı olması ilə izah etmişdi. Lakin Danimarkanın Baş naziri Mette Frederiksen bu təklifə cavab olaraq Qrenlandiyanın ABŞ-a birləşdirilməsini rədd etmişdi. “Qrenlandiya satılmır”, – deyə Frederiksen vurğulamışdı.
Gültac Mehdizadə
07:47 18.01.2025
Oxunuş sayı: 1524