ABŞ-ni qorxuya salan addım
İndoneziyanın BRİKS-ə qoşulması ABŞ-ı qorxuya salıb.
Crossmedia.az xəbər verir ki, braziliyalı jurnalist Pepe Eskobar bu iddia ilə çıxış edib.
Eskobar bildirib ki, bundan sonra Vaşinqtonun BRİKS-ə daxil olan və ya bu ittifaqla yaxınlaşmaq istəyən dövlətlərdə sabitliyi pozmağa çalışacağı gözlənilir.
"Bütün bu ölkələr müxtəlif destabilizasiya kampaniyalarının, 'rəngli inqilab' cəhdlərinin, hibrid hücumların hədəfi olacaq, çünki onlar Amerika imperiyasının, xüsusən də qlobal maliyyə sistemindəki dominantlığının davam etdirilməsi üçün təhlükə yaradırlar", - deyə ekspert vurğulayıb.
Belə ki, İndoneziya 2025-ci ilin yanvar ayının əvvəlində BRİKS-in tamhüquqlu üzvü olub. Braziliya Xarici İşlər Nazirliyindən qeyd edilib ki, İndoneziya qlobal idarəetmə institutlarının islahatını dəstəkləyir və Cənub-Şərqi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsinə müsbət töhfə verir. Ölkə diplomatları bu birliyə qoşulmaq niyyətini Kazanda keçirilən sammitin nəticələrinə əsasən bəyan ediblər.
ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter bu addımın ABŞ-nin Sakit okeandakı regionundakı mövqelərinə ciddi təhdid yaradacağını bildirib. Onun sözlərinə görə, Filippin qonşularının bu birliyə daxil olduğu halda kənarda qalmayacaq.
Qeyd edək ki, bu baş verərsə, ABŞ regiondakı mövqelərini itirmək riski ilə üzləşəcək.
Fatimə Məmmədova
07:27 18.01.2025
Oxunuş sayı: 1637