ABŞ Ukraynada dron istehsalına gizli investisiyalar edib
ABŞ administrasiyası Ukraynada yeni nəsil dronların istehsalına gizli şəkildə böyük sərmayələr yatırıb.
Crossmedia.az bu barədə “The New York Times” qəzetinin yayımladığı məlumata istinadən xəbər verir.
İnvestisiyalar, Kiyevə yeni nəsil dronların istehsalını başlatmağa və genişləndirməyə, eləcə də döyüş əməliyyatlarında yeni üsulların tətbiqinə imkan verib.
2024-cü ilin sentyabrında ABŞ, Ukraynanın dron istehsalını dəstəkləmək üçün 1,5 milyard dollarlıq bir ödəniş göndərib. Yardım, Ukrayna dron istehsalçılarına maliyyə yardımı, detalları almaq və ABŞ kəşfiyyatçılarının dron proqramı üzərində işləməyə kömək etmək üçün göndərilməsini əhatə edib.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib: “Biz görürük ki, dronlar Ukraynada döyüşlərdə daha vacib rol oynamağa başlayıb və onlar gələcək döyüşlərdə əsas rol oynayacaq”. Onun sözlərinə görə, yardım 2022-ci ilin payızında Ukrayna silahlı qüvvələrinin ilk uğursuz hücum cəhdindən sonra başlanıb.
Əvvəlki məlumatlara görə, Finlandiya Summa Defence şirkəti 2025-ci ilin əvvəlində Ukraynaya tədarük üçün yeni dron istehsal edən zavodun açılacağını elan edib. Bundan əlavə, Ukrayna, Rusiyanın radioelektron mübarizə sistemlərinə qarşı mübarizə apara bilən kompüterlə idarə olunan “qatil robotlar” adlanan dronların istehsalını artırıb.
Gültac Mehdizadə
21:26 17.01.2025
Oxunuş sayı: 1603