Xəbərlər

Pakistan Paris reklamı ilə bağlı araşdırma başlatdı

Pakistanın Baş naziri Şahbaz Şərif, Pakistan Beynəlxalq Hava Yollarının (PIA) Parisə uçuşlarının bərpası ilə bağlı yayımlanan və mübahisələrə səbəb olan reklamın araşdırılması üçün göstəriş verib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, reklam sosial mediada geniş müzakirələrə yol açıb. İstifadəçilər bu reklamı 11 sentyabr 2001-ci ildə Nyu-York və Pentaqona edilən hücumlarla müqayisə ediblər.

Məlumata görə, PIA-nın 10 yanvar 2025-ci ildən etibarən İslamabaddan Parisə uçuşların bərpasını elan edən reklamında təyyarənin Eyfel Qülləsinə doğru uçuş görüntüsü və "Paris, biz bu gün gəlirik" şüarı yer alıb. Bu, sosial şəbəkələrdə geniş tənqidlərə və narazılıqlara səbəb olub.

Qeyd edək ki, təhlükəsizlik narahatlıqları səbəbindən PIA-nın əvvəllər ABŞ və Böyük Britaniyaya uçuşları qadağan edilmişdi. Parisə uçuşlar isə yalnız Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin dörd illik qadağanı ləğv etməsindən sonra mümkün olub.

Rəsmi şəxslər yaranmış qalmaqalla bağlı ictimaiyyəti məlumatlandırmağı və müvafiq tədbirlər görməyi planlaşdırır.

Fatimə Məmmədova 

20:55 17.01.2025

Oxunuş sayı: 1934

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR