"Qazprom"dan Moldovaya borc tələbi
“Moldovaqaz” qazpaylayıcı müəssisənin mühasibat sənədlərində Moldovaya qaz tədarükünə görə 709 milyon dollarlıq tarixi borc əks olunub. “Qazprom”-un bu borcun ödənilməsini tələb etmək hüququ var.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
“Moldovaqaz"-ın “Qazprom”-a 709 milyon dollar məbləğində tarixi borcunu təsdiq edən bütün sənədlər var. Bu sənədləri heç kim ləğv etməyib.
“Qazprom”un bu borcun ödənilməsini tələb etmək hüququ var, xüsusən də “Moldovaqaz”-ın ümumi borcu ilə bağlı Moskva Kommersiya Arbitraj Məhkəməsinin qərarı var” - deyə "Moldovagaz" şirkətinin baş direktoru Vadim Çeban bildirib.
O qeyd edib ki, “Qazprom” Moldovaya borc məsələsini həll etməyi təklif edib:
"Mən müxtəlif fərziyyələr gördüm, lakin "Qazprom" borcu ödəməyi tələb etmədi, o, bir növ barışıq sazişinin olmasını istədi - ödənişin təxirə salınması və sair" - deyə Çeban izah edib.
O xatırladıb ki, “Qazprom”-a olan borcun böyük hissəsi 2010-cu ildən 2014-cü ilə qədər, Avropayönlü partiyaların koalisiyası olan Avropaya İnteqrasiya Alyansının (AEI) Moldovada hakimiyyətdə olduğu dövrdə yaranıb.
“Qazprom”-un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib ki, borc 709 milyon dollar təşkil edib. Ölkənin qaz borcunun auditini aparıb və onun nəticələrini 2022-ci il mayın 1-dək təşkil edib, təqdim etməyi öhdəsinə götürüb. Moldova tərəfi öhdəliklərini vaxtında yerinə yetirməsə də, Rusiya respublikaya qaz nəqlini davam etdirib.
Tərlan Əmrahova
19:14 17.01.2025
Oxunuş sayı: 1550