Xəbərlər

Avropa Maskı sıxışdırır

Avropa İlon Maska məxsus "X" platformasından  alqoritmlər ilə bağlı sənədləri tələb edib.

Crossmedia.az xəbər verir ki, Avropa Komissiyası "X" alqoritminin  Rəqəmsal Xidmətlər Qanununa (DSA) nə dərəcədə uyğun olduğunu qiymətləndirmək üçün sənədləri tələb edib. Əsasən istifadəçilərə tövsiyə edilən məzmunları müəyyən edən alqoritmlərin sənədlərinin verilməsini istəyiblər. Bu tələb Komissiyanın 2023-cü ildə "X" platformasına qarşı başlatdığı mövcud araşdırmanın genişləndirilməsi deməkdir.

Almaniya hökuməti, İlon Maskı qarşıdan gələn fevral ayındakı seçkilərə ifrat sağçı AfD partiyasının lehinə müdaxilə etməkdə ittiham edib.

"Financial Times"ın məlumatına görə, Avropa komissiyasının etdiyi son tələblər bu iddialarla bağlı deyil.

İndi AK "X"in tövsiyə sistemləri ilə bağlı daxili sənədləri və şirkətdə edilən son dəyişikliklər haqqında məlumatları da istəyib. O, həmçinin dəyişikliklərin 2025-ci ilin sonuna qədər qeyd olunmasını tələb edən qoruyucu sərəncam verib.

AK-nin bu addımı "X"-in alqoritmik sistemlərinin necə işlədiyini daha ətraflı araşdırmaq və platformanın şəffaflıq standartlarına cavab verib-vermədiyini qiymətləndirmək üçün atılıb.

Tərlan Əmrahova 

18:20 17.01.2025

Oxunuş sayı: 2933

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR