Makron İsraili Livandan qoşunlarını çıxarmağa çağırıb
Fransa prezidenti Emmanuel Makron İsraili atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq Livandan qoşunlarını çıxarmağı sürətləndirməyə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron Livan Silahlı Qüvvələrinin gücləndirilməsinin vacibliyini bildirib:
"Biz İsrail ordusunun tamamilə geri çəkilməsini tələb edirik".
"Biz Livan Silahlı Qüvvələrinin gücünün artırılmasını və onların ölkənin cənubunda yerləşdirilməsini dəstəkləyirik. Livan Silahlı Qüvvələri ölkənin suverenliyinin əsas sütunudur", - deyə o əlavə edib.
ABŞ və Fransanın vasitəçiliyi ilə noyabrda qüvvəyə minən İsrail və Hizbullah arasındakı atəşkəs razılaşmasına görə, İsrail qüvvələri imzalandıqdan sonra 60 gün ərzində Cənubi Livandan geri çəkilməli, Hizbullah isə bütün döyüşçü və silahlarını ölkənin cənubundan çıxarmalıdır.
Fatimə Məmmədova
16:09 17.01.2025
Oxunuş sayı: 2161