Rusiya ərazisinə ballistik raket hücumu edilib
Yanvarın 16-da Ukrayna Silahlı Qüvvələri Amerikanın ATACMS ballistik raketləri ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, Ukrayna bu raketlərdən altısını Belqorod vilayətinin ərazisinə buraxıb. Rusiya tərəfindən bütün raket sursatları vurulub. Açıqlamada raket hücumundan sonra cavab tədbirlərinin görüləcəyi bildirilib.
Tərlan Əmrahova
14:52 17.01.2025
Oxunuş sayı: 1987