Paşinyan Putinlə telefonla danışıb
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə N.Paşinyan sosial şəbəkə hesabında yazıb.
"Rusiya prezidenti ilə telefon danışığım oldu. Biz Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə aid məsələləri müzakirə etdik", - o bildirib.
Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, dövlət başçıları “Ermənistanın Avropa İqtisadi İttifaqına (Aİİ) sədrliyinin nəticələrini, Aİİ çərçivəsində qarşıda duran işləri, həmçinin Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər”.
12:27 17.01.2025
Oxunuş sayı: 1908