Bu ölkədə əhali azalıb

Çində əhali sayı 2024-cü ildə ardıcıl üçüncü dəfə azalıb.
Yeni doğulanların sayına baxmayaraq ölənlərin sayı üstünlük təşkil edib.
Crossmedia.az “Röyters”ə istinadən xəbər verir ki, ekspertlər bu azalmanın yaxın illərdə daha da sürətlənəcəyini deyib.
Çinin Milli Statistika Bürosunun məlumatına görə, ölkənin ümumi əhalisi 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,408 milyard nəfərə düşüb. 2023-cü ildə isə bu rəqəm 1,409 milyard idi.
Bildirilib ki, 2024-cü ildə Çində 9,54 milyon uşaq doğulub. Halbuki 2023-cü ildə bu rəqəm 9,02 milyon idi. Doğum göstəriciləri hər 1,000 nəfərə 6,77 doğum təşkil edib, bu rəqəm 2023-cü ildə 6,39 idi.
Eyni zamanda ölənlərin sayı 2024-cü ildə 10,93 milyon olub. 2023-cü ildə isə 11,1 milyon idi.
Çində doğum göstəriciləri onilliklər ərzində azalır. Bunun əsas səbəbləri kimi 1980-2015-ci illərdə tətbiq edilmiş “bir uşaq siyasəti” və sürətli urbanizasiya göstərilir.
Fidan Hacızadə
07:37 17.01.2025
Oxunuş sayı: 5407