Xəbərlər

Məsud Pezeşkian Rusiyaya səfər edib

İran prezidenti Məsud Pezeşkian Tacikistana iki günlük səfərindən sonra Düşənbədən Moskvaya yola düşüb. 

Crossmedia.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, iki günlük səfər çərçivəsində Tacikistan prezidenti Emoməli Rəhmonla görüşən Pezeşkian ikitərəfli, regional və beynəlxalq məsələlər barədə danışıqlar apararaq, 23 Anlaşma Memorandumu imzalayıb.

Moskvada isə İran və Rusiya prezidentləri – Məsud Pezeşkian və Vladimir Putin arasında hərtərəfli əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır. Eyni zamanda Putin və  Pezeşkian Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Kreml bu gün elan edib ki, Rusiya prezidenti Vladimir Putin və Məsud Pezeşkian cümə günü görüşdə "Suriya, Yaxın Şərqdəki vəziyyət və İranın nüvə proqramını" müzakirə edəcəklər. Çərşənbə günü Tacikistana səfər edən Pezeşkian ölkə prezidenti Emoməli Rəhmon ilə danışıqları başa vurduqdan sonra Moskvaya yola düşəcək. Bu görüş zamanı Putin və Pezeşkian iki ölkə arasında “Strateji İctimai Tərəfdaşlıq Sazişi” imzalamağı planlaşdırırlar.

İran prezidentinin  Moskvaya səfəri ərəfəsində Xameneyi rus dilində “X” hesabında paylaşım edərək bildirib: “ABŞ təcrid olunacaq”. 

“Qlobal inkişafın prespektivi ABŞ-nin təcrid olunacağı və Asiyanın bilik, iqtisadiyyat, siyasi və hərbi gücün mərkəzinə çevriləcəyi çoxtərəfli sistem müjdəsini verir. Müqavimət düşüncəsi və zorakılığa qarşı “Müqavimət Cəbhəsi” genişlənəcək”, - deyə, Xameneyi əlavə edib. 

07:12 17.01.2025

Oxunuş sayı: 1782

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR