Böyük Britaniya Ukraynaya yeni HHM sistemi təhvil verəcək
Böyük Britaniya Ukraynaya yeni mobil hava hücumundan müdafiə sistemi göndərəcək.
Crossmedia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.
Qeyd edək ki, bu açıqlama hər iki ölkənin dəniz təhlükəsizliyi üzrə daha sıx hərbi əməkdaşlığa səbəb olacaq 100 illik razılaşma imzalamasından sonra verilib.
Nəzrin Salmanova
06:29 17.01.2025
Oxunuş sayı: 1815