Bayden administrasiyasının elan etdiyi razılaşma 8 ay gecikib
Fələstin Baş naziri Məhəmməd Mustafa, Bayden administrasiyasının ilk dəfə may ayında elan etdiyi razılaşmanın 8 ay gecikməsi ilə bağlı Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib.
"Təəssüf doğuran bir vəziyyətdir. Çoxlu sayda insan həyatını itirdi",- deyə o vurğulayıb.
Crossmedia.az agentliyə istinadən xəbər verir ki, HƏMAS ilə İsrail arasında atəşkəs elanından sonra İsrailin Qəzzaya hücumları davam edir.
İsrail HƏMAS-ı günahlandıraraq razılaşmanın təsdiqini təxirə saldığı halda, HƏMAS atəşkəsə sadiq olduğunu bəyan edib.
"Bu müddətdə çox sayda insanı, mülkləri və xoş niyyəti itirməyimiz çox təəssüf doğurur. Ancaq irəliyə baxaq. Xalqımız üçün ən yaxşısının olmasını ümid edək",- deyə Mustafa qeyd edib:
"Fələstinlilər üçün sabitlik və bir Fələstin dövləti ilə nəticələnəcək davamlı və dayanıqlı bir atəşkəs görmək istəyirik".
İsrail ilə HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşması vasitəçi ölkələrdən olan Qətər, İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsi barədə razılaşma əldə olunduğunu elan edib.
Qeyd edək ki, razılaşma, yanvarın 19-da qüvvəyə minəcək. 3 mərhələdən ibarət olan atəşkəs razılaşmasının ilk 42 günündə İsrailli 33 əsir azad olunacaq.
Fatimə Məmmədova
19:46 16.01.2025
Oxunuş sayı: 1505