Xəbərlər

Ukraynadan gözlənilməz addım: Zelenski dollardan imtina edir?

“Ukrayna Milli Bankı dolları məzənnə valyutası kimi avro ilə əvəz etmək istəyir”.

Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Milli Bankı rəhbərinin müavini Katerina Rojkova deyib.

O bildirib ki, Ukrayna Avropa İttifaqının (Aİ) bazarlarına yaxınlaşmaq üçün dollardan imtina edərək avroya keçmək niyyətindədir.

“Əgər biz Aİ-nin bir hissəsi olmaq, onların bazarlarına çıxış əldə etmək istəyiriksə, əməliyyatlarımızın çoxunu avro ilə aparmalıyıq”.

Rojkova bunu “qaçılmaz” addım adlandırıb, lakin avroya keçidin konkret vaxtını açıqlamayıb. O əlavə edib ki, indi qrivnanın məzənnəsini dollardan ayırmaq üçün uyğun vaxt deyil. 

19:28 16.01.2025

Oxunuş sayı: 2581

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR