Xəbərlər

Putin və Orbanın yeni görüşü mümkündür

Macarıstan hökuməti ölkənin Baş naziri Viktor Orban ilə Rusiya Prezidenti Vladimir Putin arasında yeni bir görüşün mümkün olduğunu düşünür.

Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bəzi Avropa siyasətçilərinin Budapeşt ilə Moskva arasında sıx əlaqələr barədə iddiaları yalandır. Ofis rəhbəri qeyd edib ki, Macarıstan xarici siyasətini milli maraqlarına əsaslanaraq həyata keçirir.

"ABŞ-nin yeni administrasiyası  Tramp ilə Putinin görüşünü təşkil etməklə məşğuldur, amma mən amerikalıları Moskva ilə yaxınlaşmaqda ittiham etməzdim. Almaniya kansleri Olaf Şolts bu yaxınlarda Prezident Putinlə uzun telefon danışığı apardı, amma bu onu Rusiyanın müttəfiqi etmədi",- deyə Guyaş bildirib.

Orban qeyd edib ki, Macarıstan Rusiya Prezidenti Vladimir Putini etibarlı tərəfdaş hesab edir və Moskva ilə əlaqələri inkişaf etdirmək istəyir. O qeyd edib ki, bütün ölkələrlə münasibətlərdə balansı qorumaq "bəzən çətin bir vəzifədir. Belə dövlətlərlə Macarıstan əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir".

Fatimə Məmmədova 

18:37 16.01.2025

Oxunuş sayı: 1916

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR