Xəbərlər

Zelenski və Starmer tərəfdaşlıq sazişi imzalayıblar

Böyük Britaniya və Ukrayna ticarət, təhlükəsizlik, müdafiə, təhsil və digər sahələr üzrə möhkəm əlaqələr üçün 100 illik tərəfdaşlıq Sazişi imzalayıb.

Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Sazişi Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer imzalayıblar.

Sazişə nələr daxildir:

Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3 milyard dollar ayıracaq;

London Kiyevə 150 artilleriya sistemi verəcək;

Ukrayna hərbçilərinin hazırlığı genişləndiriləcək, uzaqmənzilli silahların yaradılması da inkişaf etdiriləcək;

Böyük Britaniya əsas faydalı qazıntıların hasilatı və “yaşıl polad” istehsalı strategiyasını hazırlayaraq Ukraynanın enerji sektoru üçün əsas tərəfdaşa çevriləcək;

Azov, Baltik və Qara dənizlərin təhlükəsizliyini gücləndirmək üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında hərbi əməkdaşlıq gücləndiriləcək. 
 
 
 
 

17:54 16.01.2025

Oxunuş sayı: 1923

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR