Xəbərlər

İsrail əsgərləri 22 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan İordan çayının qərb sahilindəki müxtəlif şəhərlərə etdiyi basqınlarda 22 fələstinlini həbs edib.

Crossmedia.az TRT Haber-ə istinadən bildirir ki, İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki müxtəlif şəhərlərdə fələstinlilərin evlərinə basqınları davam edir.

Beytüllahim, Tubas, Tulkerim və Ramallah şəhərlərində təşkil olunan son basqınlarda, aralarında keçmiş məhbusların da olduğu 22 nəfərin həbs edildiyi qeyd olunub. Həmçinin, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə  2023-cü ildən  həbs edilən fələstinlilərin sayının 12.300-ü keçdiyi vurğulanıb.

Məlumata görə, İsrailin Qəzza zolağına hücum başlatdığı ildən  işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artmaqdadır.

Qeyd edək ki, həmin dövrdə  İsrail əsgərləri və Fələstin torpaqlarını işğal edən israillilərin hücumları nəticəsində 847 fələstinli həyatını itirib.

Fatimə Məmmədova

13:55 16.01.2025

Oxunuş sayı: 2434

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR