Xəbərlər

İsrail atəşkəsdən sonra Qəzzaya yenidən hücum etdi - Ölənlər var

İsrail atəşkəsdən sonra Qəzzada 20-si uşaq olmaqla 73 nəfəri öldürüb.

Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məsələ ilə bağlı yazılı açıqlama verib.

Basal, İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının açıqlanmasından bu yana 20-si uşaq, 25-i qadın olmaqla 73 fələstinlinin öldürüldüyünü, 230-dan çox insanın isə yaralandığını bildirib.

Xatırladaq ki, vasitəçi ölkələrdən biri olan Qətər yanvarın 15-də İsrail və HƏMAS-ın Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Məlumata görə, müqavilə bazar günü, yanvarın 19-da qüvvəyə minəcək. 3 fazalı atəşkəs razılaşmasının ilk 42 günündə 33 israilli məhbus azad ediləcək.

Müqavilə Qəzza zolağına hərtərəfli humanitar yardım, eləcə də məcburi köçkün fələstinlilərin öz ərazilərinə qayıtmaq imkanlarını əhatə edir.

Qeyd edək ki, İsrail HƏMAS-ı günahlandırır və razılaşmanın təsdiqini gecikdirir, HƏMAS isə atəşkəsə sadiq olduğunu bildirir.

Aybəniz Səfərova

13:40 16.01.2025

Oxunuş sayı: 2481

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR