Xəbərlər

Qərb Baltik dənizində beynəlxalq gəmiçiliyi məhdudlaşdırmağa çalışır

Rusiya XİN  qərbin Baltik dənizindəki infrastruktura ziyan vurmaqda ittihamlarının mənasını izah edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb Rusiya neftinin ixracını hər vasitə ilə  məhdudlaşdırmaq üçün Rusiyanı Baltik dənizindəki infrastruktura ziyan vurmaqda ittiham edir.

Onun sözlərinə görə, Qərb Baltik dənizində beynəlxalq gəmiçiliyi məhdudlaşdırmağa çalışır. Zaxarova vurğulayıb ki, Qərb ölkələri yalnız qlobal enerji təhlükəsizliyini pozmaqda maraqlıdır. NATO isə bu vəziyyətdən istifadə edərək Baltik dənizində hərbi potensialını artırmağa çalışır.

2024-cü il dekabrın 30-da NATO Finlandiya və Estoniyanın tələbi ilə Baltik dənizində mövcudluğunu gücləndirmək qərarına gəldiyini açıqlayıb. Məlumata görə, bu qərar Finlandiya və Estoniya arasında keçən Estlink 2 kabelinə ziyan vurulmasından sonra verilib.

Qeyd edək ki, ziyan vurulan ərazidə həmin anda Kuk adalarının bayrağı altında üzən Eagle S tankeri olub. Finlandiya hakimiyyət orqanları bu tankeri Rusiya ilə əlaqələndirir.

Fatimə Məmmədova

12:00 16.01.2025

Oxunuş sayı: 1794

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR