Xəbərlər

Ermənistan ordusundakı problemlərin əsas səbəbləri açıqlandı – Rəsmi

Ermənistan İnsan Hüquqları Müdafiəçisi Anait Manasyan orduda baş verən intiharlar və digər neqativ halların əsas səbəbi kimi nizamnamədənkənar münasibətlərin mövcudluğunu göstərib. 

Crossmedia.az xəbər verir ki, bu barədə o, Ermənistan mediasına açıqlamasında bildirib.

Manasyanın fikrincə, vətəndaşların ordu qarşısında öhdəlikləri ilə yanaşı, dövlətin də öz məsuliyyətləri üzərində dayanması vacibdir.

“Vətəndaşların hərbi xidmətdən yayınmasının əsas səbəblərindən biri Silahlı Qüvvələrdə hökm sürən əhval-ruhiyyədir. Dövlət orduda nizamnamədənkənar münasibətləri, intiharları və hərbçilər arasında pis davranışların hər hansı bir formasını tamamilə aradan qaldırmaq üçün hər cür tədbirlər görməlidir”, – deyə Ombudsman əlavə edib.

Gültac Mehdizadə

10:45 16.01.2025

Oxunuş sayı: 1542

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR