İran parlamenti nazirə impiçment istəyib
Məsud Pezeşkian hökumətinin iqtisadiyyat naziri Əbdünnasir Himmətinin impiçmenti istənilib.
Crossmedia.az “Tabnak”a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi ölkə mətbuatında açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, İran parlamentinin 80 üzvünün imzası ilə hazırlanan müraciət parlamentin Rəyasət Heyətinə göndərilib və məsələ ilə bağlı araşdırma aparılır.
10:36 16.01.2025
Oxunuş sayı: 1923