Parol oğurlayan botları tanıma yolları göstərildi
Rusiyada İT mütəxəssisi Yaroslav İstominin sözlərinə görə, botlar qeyri-rəsmi nömrələrdən zəng edir və sözlər arasında pauzalar edir. Bu da insanlar arasında narahatçılığa səbəb olur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, iki faktorlu autentifikasiyanı keçməyə və birdəfəlik parolları oğurlamağa çalışan botlar adətən qeyri-rəsmi nömrələrdən zəng edir.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis İstomin xəbərdarlıq edib ki, botlar zəng etdikləri xidmətdən danışırmış kimi davranaraq, həmin xidmətin rəsmi əlaqə nömrəsi ilə uyğun gəlməyən nömrələrdən zəng edir.
Fatimə Məmmədova
09:15 16.01.2025
Oxunuş sayı: 1701